BAKI, 29 mart. TELEQRAF
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus yanacaqdolduran təyyarə texniki nasazlıq səbəbindən İsrailin Ben-Qurion hava limanına məcburi eniş edib.
Bu barədə Teleqraf İsrailin "12-ci kanal"ına istinadən xəbər verir.
Məlumata görə, təyyarədə uçuş zamanı texniki problem yaranıb və bu səbəbdən ekipaj təcili eniş etmək qərarına gəlib.