BAKI, 24 mart. TELEQRAF
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin Dimona, Eylat və Təl-Əviv şəhərlərinə, eləcə də Yaxın Şərqdəki bir neçə ABŞ hərbi bazasına zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat verib.
Hava hücumu zamanı PUA-lar, yüksək dəqiqlikli “Emad” və “Qədr” raket sistemlərindən istifadə edildiyi bildirilib.