BAKI, 10 mart. TELEQRAF
İsrailin xarici kəşfiyyat xidməti MOSSAD iranlılara müraciət edib.
Teleqraf xəbər verir ki, bu barədə qurumun sosial media hesabında bildirilib.
“Yalnız bir addım qalıb. Sizin kimi düzgün qərar verən insanlara qoşulun. Bizimlə birlikdə siz və ailənizi yeni İranda daha təhlükəsiz və daha yaxşı gələcək gözləyir. Təhlükəsiz kanallar vasitəsilə bizimlə əlaqə saxlayın”, - MOSSAD qeyd edib.