BAKI, 10 mart. TELEQRAF

“Enerji qiymətlərinin artması ilə Rusiya yeni maliyyə resursları əldə edəcək və Ukraynaya diqqətin azalmasından faydalanacaq”.

Teleqraf xəbər verir ki, bunu Avropa Şurasının prezidenti Antonio Koşta deyib.

O bildirib ki, indiyə qədər İrandakı müharibədə qalib gələn yeganə ölkə Rusiyadır.

“Azadlıq və insan haqlarına bombalarla nail olmaq olmaz. Avropa İttifaqı Yaxın Şərq müharibəsinin bütün tərəflərini maksimum təmkin göstərməyə və danışıqlar masasına qayıtmağa çağırır”, - Koşta vurğulayıb.

Avropa Şurasının prezidenti əlavə edib ki, hazırkı vəziyyətdə Rusiya sülh, Çin ticarəti pozur, ABŞ qaydalara əsaslanan beynəlxalq nizama meydan oxuyur.