BAKI, 9 mart. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əsas siyasi rəqiblərindən biri hesab edilən İstanbul şəhərinin həbsdə olan bələdiyyə sədri Əkrəm İmamoğlu 2000 ilə qədər həbs cəzası ala bilər.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” məhkəmə işinin təfərrüatlarına istinadla məlumat yayıb.
Agentliyin yazdığına görə, İmamoğlunun korrupsiya işi ilə bağlı bu gün məhkəmə qarşısına çıxması planlaşdırılır. Bütün ittihamlar üzrə məhkum edilərsə, 2000 ildən çox həbs cəzası ilə üzləşə bilər.
Əkrəm İmamoğlu 2025-ci il martın 19-da korrupsiya şübhəsi ilə həbs edilib. Onun həbsi Türkiyədə böyük təpkilərə və İstanbulda kütləvi etirazlara səbəb olub. Bələdiyyə sədri ona qarşı irəli sürülən bütün ittihamları rədd edir, bunları “siyasi sifariş” adlandırır.