BAKI, 9 mart. TELEQRAF
Türkiyə Yaxın Şərqdə baş verən son proseslər fonunda bölgənin müdafiə qabiliyyətini gücləndirmək üçün Şimali Kiprdə altı ədəd F-16 qırıcı təyyarəsi və hava hücumundan müdafiə sistemləri yerləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisələrin gedişatına uyğun olaraq, ehtiyac olacağı təqdirdə əlavə tədbirlər görüləcək.