BAKI, 6 mart. TELEQRAF
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyə xarici işlər naziri Hakan Fidan ilə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, həmsöhbətlər Yaxın Şərqdəki hadisələri müzakirə edərək, vəziyyətin davamlı olaraq gərginləşməsindən narahatlıqlarını bildiriblər.
Hər iki tərəf regionda sabitlik və təhlükəsizliyin bərqərar olmasının vacibliyini vurğulayıb.