BAKI, 24 fevral. TELEQRAF
“Türk nədirsə, kürd də odur. Kürd nədirsə, türk də odur. Kürdün iffəti türkün iffətidir. Türkün şərəfi kürdün şərəfidir”.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.
“Növbədə hüquqi tənzimləmələrdir. Əfv və cəzasızlıq anlayışına imkan verilməməlidir. Müvafiq komissiya üzərinə düşən tarixi rol vasitəsilə köhnə stereotipləri dağıdıb, əzbərləri pozub.
Yeni əsrdə vətən və millət sevgisi ilə terrorsuz Türkiyə qurmaq hər kəsin ortaq məqsədi olmalıdır. Nəticə olaraq, KCK dərhal ləğv edilməlidir”, - MHP lideri bildirib.
Xatırladaq ki, KCK (“Kürdüstan İcmaları Birliyi”) PKK terror təşkilatının lideri Abdullah Öcalanın nəzəriyyəsini irəli sürdüyü “demokratik konfederalizm” çərçivəsində qurulan çətir təşkilatdır. KCK-ya PKK, PYD (Suriya), PJAK (İran) və PCDK (Suriya) kimi terror təşkilatları daxildir. KCK-nın mərkəzi İraqın şimalında (Qəndil dağı) yerləşir.