BAKI, 20 fevral. TELEQRAF
İsrailin Soroka Tibb Mərkəzi İranla mümkün qarşıdurmaya hazırlıq məqsədilə genişmiqyaslı planlaşdırma işlərinə başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Nəşrin yazdığına görə, xəstəxana rəhbərliyi təcili yardım komandaları ilə birlikdə təlimatları yenidən gözdən keçirir, hazırlıq səviyyəsini qiymətləndirir və müharibə şəraitinə uyğun simulyasiya ssenariləri həyata keçirir.
Bildirilib ki, Soroka Xəstəxanası İranla 12 günlük müharibə zamanı ballistik raket zərbəsi nəticəsində ciddi zərər almışdı. Aylarla aparılan bərpa işlərindən sonra xəstəxana yenidən hərbi kampaniya ehtimalına görə özünü hazırlayır.
Qeyd edilib ki, əvvəlki hücum təcrübəsi xəstəxana rəhbərliyinin hazırkı yanaşmasının formalaşması və hazırlıq səviyyəsinin artırılmasında mühüm rol oynayıb.