BAKI, 20 fevral. TELEQRAF

ABŞ İranı nüvə sazişinə getməyə məcbur etmək üçün Yaxın Şərqdə hərbi-dəniz qüvvələrini gücləndirmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” (FT) mənbələrə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, bölgədə iki aviadaşıyıcı zərbə qrupu yerləşdiriləcək. “USS Abraham Lincoln” artıq Oman sahilləri yaxınlığındadır, “USS Gerald R. Ford” başda olmaqla daha bir zərbə qrupu isə cümə axşamı Cəbəllütariq boğazına yaxınlaşıb. Qeyd edilib ki, gəmilərin göyərtəsində minlərlə hərbçi və onlarla qırıcı təyyarə var.

Hazırda bölgədə ən azı 12 gəmi, 1 təyyarədaşıyan gəmi, 8 esmines və 3 sahil döyüş gəmisi dislokasiya olunub. ABŞ həmçinin Yaxın Şərqdəki bazalarına əlavə qırıcı təyyarələr, THAAD və MIM-104 “Patriot” raketdən müdafiə sistemləri göndərib.