BAKI, 5 fevral. TELEQRAF
“İranla ABŞ arasında vəziyyət partlayış həddindədir, Rusiya onlara özünü vasitəçi kimi sırımağa çalışmır, amma Yaxın Şərqdəki duruma da biganə deyil”.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Hazırda özümüzü nə İran, nə İsrail, nə də ABŞ-yə vasitəçi kimi sırımağa çalışmırıq. Sadəcə onlarla təmaslarımızda bu vəziyyəti müzakirə edirik. İran bizim yaxın tərəfdaşımızdır, qonşumuzdur. Vəziyyətin necə inkişaf edəcəyinə biganə deyilik. Xüsusən də ona görə ki, bu vəziyyət təkcə İranla bağlı deyil, ümumilikdə bütün Yaxın Şərq üçün partlayış təhlükəsi daşıyır”, - nazir bildirib.
Lavrov qeyd edib ki, orada gec-tez işə düşə biləcək çoxlu “minalar” var və onlar kimsə ehtiyatsız addım atsın deyə gözləyir:
“İranlılar da, israillilər də bilirlər ki, biz yenə də razılaşmalar əldə olunacağı təqdirdə, onların icrasına töhfə vermək baxımından öz xidmətlərimizi təklif etməyə hazırıq”.