BAKI, 21 yanvar. TELEQRAF
“İranla ABŞ arasında müharibə ehtimalı dialoqdan yüksəkdir”.
Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin keçmiş departament rəhbəri Qasım Möhbalı deyib.
“İran faktiki olaraq danışıqlar fürsətini əldən verib, müharibə ehtimalı dialoqdan xeyli yüksəkdir”, - o bildirib.
Möhbalı xəbərdarlıq edib ki, böyük qarşıdurmaya hazır olmaq lazımdır.