BAKI, 20 yanvar. TELEQRAF
Türkiyə müdafiə naziri Yaşar Gülər ABŞ-nin Ankaradakı səfiri və prezidenti Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barakı qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Qəbulda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlu da iştirak edib.