BAKI, 12 yanvar. TELEQRAF

İranın Məşhəd şəhərinin Narkotiklərlə Mübarizə İdarəsinin rəisi general Cavad Keşavərz iğtişaşlar zamanı öldürülüb.

Teleqraf xəbər verir ki, bu barədə İranın Rəzəvi Xorasan əyalətinin hüquq-mühafizə orqanları məlumat verib.

“Məşhəd Narkotiklərlə Mübarizə Polis İdarəsinin rəisi briqada generalı Cavad Keşavərz şəhərdə silahlı terrorçuların hücumu nəticəsində öldürülüb”, - İran dövlət mediasının məlumatında bildirilib.