BAKI, 7 yanvar. TELEQRAF

“Rejim etirazçılara qarşı repressiyasını davam etdirsə, ABŞ Prezidenti Donald Tramp İranın Ali rəhbəri Əli Xameneinin öldürülməsi barədə göstəriş verəcək”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Konqresinin respublikaçı üzvü Lindsi Qrem deyib.

“Fox News” telekanalında çıxış edən Qrem Trampı “bütün dövrlərin ən böyük prezidenti” adlandırıb.

Konqresmen İranda baş verən ümumxalq etirazlarına toxunaraq, etirazçılara müraciətlə bildirib:

“Biz sizi dəstəkləyirik. Donald Tramp Barak Obama deyil. O, sizi dəstəkləyir”.

Lindsi Qrem İranın ali rəhbərinə də xitab edib:

“Bilməlisən ki, daha yaxşı həyat istəyən insanları öldürməyə davam etsən, Donald Tramp da səni öldürəcək. İranda dəyişiklik yoldadır. Bu nasist rejimindən qurtulmaq Yaxın Şərq tarixində ən böyük dəyişiklik olacaq. İran xalqı üçün yardım yoldadır”.