BAKI, 30 dekabr. TELEQRAF

Suriya Prezidenti Əhməd Şaraa və Mərkəzi Bankının sədri Əbdülqadir Hüsri Dəməşqdə yeni milli valyutanı rəsmi olaraq təqdim edib.

Teleqraf xəbər verir ki, prezident denominasiyanın Suriya üçün bir dövrün sonu, yeni bir mərhələnin başlanğıcı olduğunu söyləyib.

Yeni əskinasların üzərində keçmiş prezident Bəşər Əsəd və atası Hafiz Əsədin portretləri əvəzinə, çiçək, portağal və zeytun təsvirləri yer alıb.