BAKI, 27 dekabr. TELEQRAF
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Hatay şəhərində zəlzələdən zərər çəkənlərə yeni evlərinin təhvil verilməsi mərasimində çıxış edib.
Teleqraf xəbər verir ki, MHP lideri çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan barəsində diqqətçəkən ifadələr işlədib.
“Hatay öz küllərindən yenidən doğuldu, bəzilərinin dövləti çətinə salmaq cəhdləri nəticəsiz qaldı. Şükürlər olsun ki, türk xalqı var, nə Süleyman bitər, nə də Sinan. Dövrümüzün Süleymanı Prezidentimiz Rəcəb Tayyib Ərdoğan, Sinanı isə şəhərsalma naziri Murat Kurumdur”, - Baxçalı bildirib.
Türkiyə Prezidenti də mərasimdə çıxış edib.