BAKI, 5 dekabr. TELEQRAF
Avropa hələ də Türkiyəni Avropa İttifaqına qəbul etmək istəmir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barrak bildirib.
"Biz tez-tez Türkiyənin ABŞ-dan sonra NATO-nun ən böyük müttəfiqi olduğunu deyirik və bu, həqiqətdir. Amma Avropa tərəfindən eyni səviyyədə hörmət görmür, elə deyilmi? Avropa hələ də Türkiyəni Avropa İttifaqına qəbul etmək istəmir", - o qeyd edib.