BAKI, 2 dekabr. TELEQRAF
İsrail və Suriya arasında son günlər müşahidə olunan gərginlik Vaşinqtonda ciddi narahatlığa səbəb olub.
Teleqraf xəbər verir ki, bu barədə "Channel 12" ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, İsrailin atdığı addımlar Suriyanın yeni hökumətini destabilizasiya edir və tərəflər arasında yeni təhlükəsizlik razılaşmasına dair səyləri təhlükə altına qoyur.
Qeyd edilib ki, bölgədə vəziyyətin daha da kəskinləşməsi regional təhlükəsizlik balansını poza bilər.