BAKI, 21 noyabr. TELEQRAF

“Almaniya, Fransa və Böyük Britaniya bəşəriyyətin düşmənidir”.

Teleqraf xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Salar Vilayətmadər deyib.

“Almaniya, Fransa və Böyük Britaniya təkcə İranın yox, bəşəriyyətin düşmənidir. Onlar ABŞ-nin əlində oyuncağa çevriliblər”, - o bildirib.

Tehranın düşmən hesab etdiyi ölkələr sırasına İsrail və ABŞ də daxildir.

Həmçinin Vilayətmadər əlavə edib ki, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) idarə Heyətinin ölkəsinə qarşı son qətnamələrini qəbul etmir:

“İranın şərtləri yerinə yetirilmədiyi müddətcə agentlik müfəttişlərinin nüvə obyektlərini yoxlaması müzakirə mövzusu ola bilməz”.