BAKI, 19 noyabr. TELEQRAF
“İran hakimiyyətinin şərtlərinə uyğun aparılarsa, nüvə proqramı ilə bağlı ABŞ ilə danışıqları bərpa etməyə hazırıq”.
Teleqraf xəbər verir ki, bu barədə İranın ali dini rəhbərinin müşaviri Kamal Xərrazi bildirib.
“İlk addımı onlar atmalı və bizim müəyyən etdiyimiz şərtlərlə bizimlə təmasa keçməyə hazır olduqlarını göstərməlidirlər. Bu, bərabərlik və qarşılıqlı hörmətə əsaslanmalıdır”, - o deyib.
Xərrazi əlavə edib ki, Tehran Vaşinqtonla uranın zənginləşdirilməsi səviyyəsini müzakirə etməyə hazırdır, amma onun dayandırılmasını yox. Həmçinin o, İranın nüvə silahı yaratmağa cəhd etməyəcəyini iddia edib.