BAKI, 7 noyabr. TELEQRAF
Qazaxıstan Xarici İşlər Nazirliyi ölkənin İbrahim Sazişlərinə qoşulması ilə bağlı bəyanat yayıb.
Teleqraf xəbər verir ki, XİN bu qərarın Qazaxıstanın milli maraqlarına uyğun olduğunu bəyan edib.
“Bu mühüm qərar yalnız Qazaxıstanın maraqlarına uyğun olaraq qəbul edilib və respublikanın balanslaşdırılmış, konstruktiv, sülhsevər xarici siyasətinin xarakterinə tam uyğundur. İbrahim Sazişlərinə qoşulmaq ölkəmizin bütün maraqlı dövlətlərlə əməkdaşlığının möhkəmlənməsinə töhfə verəcək, yəni Qazaxıstanın strateji məqsədlərinə tam uyğundur”, - bəyanatda qeyd edilir.
Xarici İşlər Nazirliyi bildirir ki, Qazaxıstan həmişə Yaxın Şərqdə münaqişənin beynəlxalq hüquq normaları, BMT-nin müvafiq qətnamələri və “iki xalq, üçün iki dövlət” prinsipi əsasında ədalətli, hərtərəfli və davamlı həllini dəstəkləyib.
Xatırladaq ki, bundan əvvəl Ağ Evdə ABŞ Prezidenti Donald Tramp, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və İsrail Baş naziri Binyamin Netanyahu arasında birgə telefon danışığı keçirilib. Liderlərin söhbətindən sonra Qazaxıstanın İbrahim Sazişlərinə qoşulduğunu açıqlanıb.