BAKI, 16 oktyabr. TELEQRAF

Yəmən ərazisinin təxminən üçdə birinə nəzarət edən “Ənsarallah” Hərəkatının (Husilər) Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd əl-Qəmarinin öldüyünü açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Yəmən mətbuatı məlumat yayıb.

Husilərin bəyanatında əl-Qəmərinin ölüm səbəbi göstərilməsə də, o, İsrailin avqust ayında Sənaya endirdiyi zərbənin əsas hədəflərindən biri hesab olunurdu.