BAKI, 15 oktyabr. TELEQRAF
“Suriyanın yeni hakimiyyəti Rusiya ilə münasibətləri yenidən qurmaq niyyətindədir”.
Teleqraf xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd Şaraa Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı deyib.
“Mürəkkəb münasibətlərimizi yenidən başlamağa və başqaları ilə yanaşı, sizi yeni Suriya ilə tanış etməyə çalışacağıq”, - o bildirib.
Şaraa qeyd edib ki, Rusiyanın yeni Suriyanın inkişafında mühüm rolu olacaq: “Rusiya və Suriyanı tarixi əlaqələr birləşdirir. Həmçinin Suriya Rusiya sayəsində əldə etdiyi bir çox nailiyyətlərə əsaslanır”.
Əhməd Şaraa əlavə edib ki, Suriya Moskva və Dəməşq arasında əvvəllər imzalanmış bütün sazişlərə hörmətlə yanaşır və ikitərəfli münasibətlərin yeni xarakterini müəyyən etməyə çalışır.