BAKI, 4 oktyabr. TELEQRAF

Qəzza zolağına gedərkən İsrail Hərbi Dəniz Qüvvələri tərəfindən ələ keçirilən “Sumud” flotiliyasının saxlanılan 137 üzvü ölkədən çıxarılıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Həmin şəxslərin hamısı Türkiyəyə deportasiya edilib. Bunlara Əlcəzair, Bəhreyn, Böyük Britaniya, İordaniya, İtaliya, Küveyt, Liviya, Mavritaniya, Malayziya, Mərakeş, ABŞ, Tunis, Türkiyə və İsveçrə vətəndaşları daxildir. Oktyabrın 3-də İsrail saxlanılan fəalların birinci qrupunu – dörd İtaliya vətəndaşını ölkədən çıxarmışdı.

“Sumud” flotiliyası sentyabrın ortalarında Tunisdən Qəzzaya yola düşüb. O, müxtəlif ölkələrə məxsus 40-dan çox gəmidən ibarətdir. Məlumata görə, missiyanın məqsədi zolağın blokadasını yarmaq və bölgəyə humanitar yardım çatdırmaq olub.