BAKI, 1 oktyabr. TELEQRAF

“Türkiyə Cümhuriyyəti heç vaxt heç bir dünya gücünün qarşısında diz çökməyəcək”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı deyib.

“Parlament tribunasından bir daha bəyan edirəm: Türkiyə Cümhuriyyəti heç vaxt heç bir dünya gücünün qarşısında diz çökməz, boyun əyməz, güzəştə getməz və heç bir zaman öz suverenliyini bazarlıq predmetinə çevirməz. Türkiyə hər problemi çözər, hər oyunu pozar”, - dövlət başçısı vurğulayıb.