BAKI, 30 sentyabr. TELEQRAF

“İsrail ilə Suriya arasında mümkün təhlükəsizlik razılaşması ikitərəfli münasibətlərin normallaşmasından tamamilə fərqlidir”.

Teleqraf xəbər verir ki, bunu Suriyanın informasiya naziri Həmzə Mustafa deyib.

Nazir bildirib ki, Dəməşq Təl-Əvivlə üç raund danışıqlar aparıb, amma İsrailin Suriya ərazisinə zərbələri işləri mürəkkəbləşdirir.

“İsrail 1974-cü il müqaviləsini pozub”, - H.Mustafa əlavə edib.

Həmçinihn o, onilliklər boyu davam edən fikir ayrılıqlarından sonra ABŞ ilə münasibətlərin yaxşı və müsbət olduğunu vurğulayıb.

Qeyd edək ki, Suriya xarici işlər naziri Əsəd Şibani bundan əvvəl İsrailin ölkəsinin ərazisinə müdaxilələrinin münasibətlərin normallaşdırılmasını çətinləşdirdiyini açıqlamışdı.