BAKI, 29 sentyabr. TELEQRAF

Yəmənin “Ənsarallah” Hərəkatı (husilər) İsrailin Təl-Əviv şəhərindəki bir neçə hədəfə hipersəs ballistik raketlə hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Saria bildirib.

Husilərin sözçüsü İsrailin paytaxtına “Fələstin-2” hipersəs ballistik raketləri ilə hücum etdiklərini deyib.

Y.Saria iddia edib ki, əməliyyatın məqsədlərinə uğurla nail olunub.