BAKI, 29 sentyabr. TELEQRAF

İsrailin hava hücumundan müdafiə qüvvələri Yəmənin "Ənsar Allah" üsyançı hərəkatının (husilər) atdığı ballistik raketi zərərsizləşdirib.

Teleqraf xəbər verir ki, hadisə nəticəsində dəymiş zərər və ya yaralananlar barədə məlumat verilməyib.

İsrailin mərkəzində və İordan çayının qərb sahilində həyəcan siqnallarının səsləndirildiyi bildirilir.