BAKI, 26 sentyabr. TELEQRAF

“Suriya ilə bütün sahələrdə əməkdaşlıq layihələrini inkişaf etdiririk, bu ölkənin suverenliyi və ərazi bütövlüyünün saxlanılması prioritetimizdir”.

Teleqraf xəbər verir ki, bunu ABŞ səfərindən sonra jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz hər kimlikdən olan suriyalıların – ərəblərin, türkmənlərin, kürdlərin, sünnilərin, ələvilərin, druzların, xristianların sülh içində yan-yana yaşadığı bir ölkə istəyirik. Suriya hökuməti bu mövqeyimizi bölüşür. Bunu poza biləcək heç bir cəhdə göz yummayacağıq.

Terror təşkilatlarının Suriyanın gələcəyində yeri yoxdur və ola da bilməz. Beynəlxalq ictimaiyyət də Suriyada sülh və sabitliyin təmin edilməsi üçün addımlar atmalıdır. Bölgədə terror təşkilatlarını təşviq edən fəaliyyətlərdən çəkinilməlidir. Suriyaya qarşı sanksiyaların ləğvinə xüsusi əhəmiyyət veririk”, - dövlət başçısı bildirib.