BAKI, 25 sentyabr. TELEQRAF

“İsrail Fələstin Muxtariyyətinin nəzarətində olan İordan çayının qərb sahilini ilhaq etməyi düşünmür”.

Teleqraf xəbər verir ki, bunu İsrail xarici işlər naziri Gideon Saar deyib.

“Fələstin Muxtariyyəti ərazilərinin ilhaqını müzakirə etmək belə niyyətimiz yoxdur, çünki biz fələstinlilərə nəzarət etmək istəmirik.

Müzakirə edilə bilən, amma hələ qərar verilməyən məsələ İsrail qanunlarının Fələstin Administrasiyasına tabe olmayan, amma orada yerləşən İsrail icmalarına tətbiq edilməsi ilə bağlıdır”, - nazir vurğulayıb.