BAKI, 13 sentyabr. TELEQRAF

Yəmənin “Ənsar Allah” hərəkatı İsrail ərazisinə ballistik raket atıb.

Teleqraf xəbər verir ki, raketin buraxılmasından sonra Tel-Əviv şəhərində və İsrailin mərkəzi şəhərlərində həyəcan siqnalları işə salınıb.

İsrail Müdafiə Qüvvələrinin (SAXAL) məlumatına görə, hava hücumundan müdafiə sistemləri raketi vurmağa nail olub.

Zərərçəkənlər və dağıntılar haqqında məlumat verilmir.