BAKI, 8 sentyabr. TELEQRAF

İran Prezidenti Məsud Pezeşkian ABŞ-yə səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib.

“Prezidentin BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək sammitində iştirakı planlaşdırılır”, - sözçü bildirib.