BAKI, 8 sentyabr. TELEQRAF
İsrail Ali Məhkəməsi hökumətin həbsxanalarda olan fələstinli məhbusları kifayət qədər qida ilə təmin etmədiyi qənaətinə gəlib.
Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “Guardian” qəzeti məlumat yayıb.
Hakimlərin fikrincə, məhbusların hazırkı qidalanması qanunla müəyyən edilmiş normalara uyğun deyil. Bununla əlaqədar olaraq, İsrail Həbsxanalar İdarəsinin ("Şabas") fələstinliləri lazımi miqdarda ərzaqla təmin etmək üçün tədbirlər görməli olduğuna dair qərar qəbul edilib.
Ali Məhkəmənin qərarının keçən il İsraildə Vətəndaş Hüquqları Assosiasiyası (ACRI) və İsrailin "Gişa" insan hüquqları qrupu tərəfindən təqdim edilmiş petisiyaya cavab olaraq qəbul edilib. Petisiyada həbsxanalarda fələstinlilərin aclıqla üzləşdiyinə dair iddialar yer alıb.
Öz növbəsində, ölkə həbsxanalarına nəzarət edən İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Ali Məhkəmənin qərarını tənqid edərək, bunun HƏMAS hərəkatından olan terrorçuları müdafiə etdiyini bildirib.