BAKI, 22 avqust. TELEQRAF

Yəmənin "Ənsar Allah" hərəkatının İsrail ərazisinə atdığı raket eniş zamanı havada parçalanıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) bəyan edib.

SAXAL-ın məlumatına görə, parçalanmış raketin hissələrini vurmaq üçün havaya bir neçə raket buraxılıb.