BAKI, 13 avqust. TELEQRAF
Yəmənin "Ənsar Allah" hərəkatının pilotsuz uçuş aparatları (PUA) İsrail ərazisində dörd strateji obyektə hücum edib.
Teleqraf xəbər verir ki, bu barədə husilərin Silahlı Qüvvələrinin nümayəndəsi, briqada generalı Yəhya Saria “Al Masirah” telekanalına bildirib.
Onun sözlərinə görə, 6 PUA Hayfa, Negev, Eylat və Beer-Şeva bölgələrində İsrailin dörd strateji obyektinə zərbələr endirib. Bütün hədəflər uğurla vurulub.
Saria vurğulayıb ki, husilərin İsrailə qarşı hücumları Qəzza zolağının mühasirəsi dayandırılana qədər davam edəcək.