BAKI, 12 avqust. TELEQRAF
İranda iyun ayında İsraillə 12 günlük müharibə zamanı 21 minə yaxın şübhəli həbs olunub.
Teleqraf xəbər verir ki, bu barədə İran Polisinin sözçüsü Səid Montazermehdi məlumat verib.
“12 günlük müharibə zamanı 21 000 şübhəlinin həbsinə səbəb olan zənglərdə 41 faiz artım olmuşdu”, - sözçü bildirib.
Açıqlamada həbs olunanların nədə şübhəli bilindiyini deyilməsə də, bundan əvvəl yerli KİV-də İsrailin hücumlarına kömək edə biləcək məlumatların ötürülməsi iddiası ilə xeyli sayda ölkə vətəndaşının həbsi barədə məlumat yaymışdı.