BAKI, 11 avqust. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan İordaniya Kralı II Abdullah ilə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan rəhbərinin mətbuat xidməti məlumat yayıb.
İordaniya Kralı avqustun 8-də Vaşinqtonda aparılan danışıqlar nəticəsində Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması münasibətilə Baş naziri təbrik edib və prosesi dəstəklədiyini bildirib.
N.Paşinyan təbrikə görə II Abdullaha təşəkkür edib və əldə olunan razılaşmaların bütün regiona böyük fayda gətirəcəyinə əminliyini bildirib.
Həmsöhbətlər ikitərəfli münasibətləri inkişaf etdirmək və dərinləşdirmək barədə razılığa gəliblər.