BAKI, 11 avqust. TELEQRAF
“İrana qarşı ABŞ sanksiyaları aradan qaldırılarsa, nüvə proqramı ilə bağlı məhdudiyyətləri qəbul edəcəyik”.
Teleqraf xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi deyib.
“İran ABŞ-nin İrana qarşı sanksiyalarının ləğvi müqabilində müəyyən müddət ərzində nüvə inkişafı ilə bağlı məhdudiyyətləri qəbul edəcək. Tehran sülhməramlı nüvə razılaşmasının bir hissəsi olaraq müvəqqəti məhdudiyyətlərə razı ola bilər”, - diplomat bildirib.
Həmçinin Təxt-Rəvançi əlavə edib: “İran uran zənginləşdirmə imkanları və məhdudiyyətləri ilə bağlı çevik ola bilər, amma heç bir halda zənginləşdirməni dayandırmağa razı ola bilməz, çünki bu, zəruridir və biz boş vədlərə deyil, özümüzə arxalanmalıyıq. Bu, sadə və aydındır; əgər ABŞ sıfır zənginləşdirmədə israr edirsə, deməli, heç bir razılaşma olmayacaq”.