BAKI, 11 avqust. TELEQRAF

İsrailin Baş naziri Binyamin Netanyahu yalan danışmağa, aldatmağa və ictimaiyyəti çaşdırmağa davam edir.

Teleqraf xəbər verir ki, bu barədə HƏMAS siyasi bürosunun başçısının mətbuat müşaviri Taher əl-Nunu AFP-yə bildirib.

Hərəkat Netanyahunu Qəzzada həyata keçirilən hərbi əməliyyatlarla bağlı təşkil edilən mətbuat konfransında yalan məlumatlar səsləndirməkdə ittiham edib.

"Netanyahu yalan danışmağa, aldatmağa və ictimaiyyəti çaşdırmağa davam edir. Netanyahunun mətbuat konfransında dediyi hər şey yalanlar silsiləsidir və o, həqiqətləri açıqlaya bilməz; əksinə, o, həqiqəti təhrif etməyə və gizlətməyə çalışır", - o söyləyib.