BAKI, 27 iyul. TELEQRAF

İsrail Müdafiə Qüvvələrinin (SAXAL) 16 hərbçisi Qəzzada istilikvurma səbəbindən xəstəxanaya yerləşdirilib.

Teleqraf xəbər verir ki, bu barədə SAXAL-ın məlumatında deyilir.

Əsgərlərdən birinin vəziyyəti orta, digərlərinin vəziyyəti isə yüngül qiymətləndirilir.

Qeyd edək ki, bu gün Qəzza zolağında temperatur 36°C-yə çatıb.