BAKI, 26 iyul. TELEQRAF
İranın Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində məhkəmə binasına silahlı hücum zamanı ölkənlərin sayı 8-ə çatıb.
Teleqraf xəbər verir ki, hadisə nəticəsində 13 nəfərin yaralandığı bildirilir.
***
12:07
Naməlum silahlı şəxslərin İranın Sistan-Bəlucistan vilayətinin Zahedan şəhərində yerləşən məhkəmə binasına hücumu nəticəsində 5 nəfər həlak olub.
Teleqraf xəbər verir ki, hadisə nəticəsində daha 12 nəfər yaralanıb.
***
11:12
Bu gün səhər saatlarında naməlum silahlı şəxslər İranın Zahedan şəhərində məhkəmə binasına hücum ediblər.
Teleqraf xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
İranın Ədliyyə Qurumları İnformasiya Mərkəzi Sistan və Bəlucistan əyalətlərində ədliyyə binasına hücum edildyini təsdiqləyib.
Nəticədə bir neçə nəfər yaralanıb, hadisə yerinə xilasedicilər göndərilib.