BAKI. 23 iyul. TELEQRAF

Knesset (İsrail parlamenti) İsrail hökumətini İordan çayının qərb sahilini ilhaq etməyə çağıran bəyanat qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə yerli “Ynet” portalı məlumat yayıb.

Portalın məlumatına görə, Knessetin 120 deputatından 71-i bu qətnamənin lehinə, 13-ü əleyhinə səs verib.

Bildirilir ki, sənəd hüquqi və ya qanunverici qüvvəyə malik deyil və yalnız deklarativ xarakter daşıyır.