BAKI, 22 iyul. TELEQRAF

Qəzzanın Xan Yunis bölgəsində uşaqlar da daxil olmaqla onlarla şəxsin iştirakı ilə HƏMAS və İsrail arasında müharibənin başa çatdırılmasına dəstək aksiyası keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Qəzzada fəaliyyət göstərən media qurumları məlumat yayıb.

Nümayişdə etirazçılar "HƏMAS rədd ol!" şüarı səsləndiriblər.

Bundan başqa, nümayişçilər “Müharibəni dayandırın!”, “Qanı istismar etməyi dayandırın!” yazılan plakatlar qaldırıblar.

Qeyd edək ki, bu nümayiş mart və aprel aylarında keçirilən bir sıra etirazlar yatırıldıqdan sonra Qəzzada baş tutan ilk etiraz aksiyasıdır.