BAKI, 18 iyul. TELEQRAF

Suriyanın cənubundakı Suveyda vilayətində druz və bədəvi tayfaları arasında döyüşlər yenidən başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Al-Jazeera" məlumat yayıb.

"Bu, Suriya ordusunun ərazidən geri çəkilməsindən bir gün sonra baş verib",- məlumatda deyilir.

Səhər saatlarında vilayətə hökumət qoşunlarının yeridildiyi barədə məlumatlar yayılsa da Suriya Daxili İşlər Nazirliyinin nümayəndəsi bu məlumatları təkzib etmişdi.

Qeyd edək ki, regionda olan kütləvi toqquşmalardan sonra İsrail Suriyadan qoşunları ərazidən çıxartmağı tələb etmiş və tələbin yerinə yetirilməsi üçün paytaxt Dəməşqi raket atəşinə tutmuşdu. Bundan sonra hökumət qoşunları nəzarəti yerli druz milisinə və dini liderlərə həvalə edərək Suveyda vilayətindən çıxarılıb.