BAKI, 18 iyul. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) pilotsuz uçuş aparatları Suriyanın cənubundakı Əs-Suveyda əyalətində ərəb tayfalarının könüllü birləşmələrinə zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə “Al Mayadeen” televiziya kanalı məlumat yayıb.

Məlumata görə, İsrail PUA-ları əyalətin inzibati mərkəzinin qərbindəki mövqelərə ən azı dörd hücum həyata keçirib. İtkilər barədə məlumat verilmir.

Daha əvvəl PUA-lar Palmira-Homs şosesi ilə cənub istiqamətində hərəkət edən könüllülərdən ibarət avtomobil karvanlarına hücum etmişdi.