BAKI, 18 iyul. TELEQRAF

Suriya Prezidenti Əhməd əl-Şəraa cənub əyaləti Əs-Süveydada atəşkəsin pozulmasında qanunsuz silahlı birləşmələri ittiham edib.

Teleqraf xəbər verir ki, bu barədə Suriya liderinin dəftərxanasının bəyanatında deyilir.

“Qanunsuz silahlı birləşmələrin dinc vətəndaşlara hücum etməyəcəyinə dair zəmanətlər alan ölkə rəhbərliyi 16 iyul tarixində Əs-Süveydadan qoşunların çıxarılması barədə qərar qəbul edib. Lakin Suriya hərbçilərinin geri çəkilməsindən sonra bu qruplaşmalar mülki əhaliyə qarşı dəhşətli cinayətlər törədiblər ki, bu da əldə edilmiş razılaşmaların açıq-aşkar pozulmasıdır”, - məlumatda deyilir.