BAKI. 12 iyul. TELEQRAF

İordan çayının qərb sahilində məskunlaşmış israillilər iki fələstinlini öldürüb.

Teleqraf “The Times of Israel” xəbər verir ki, bu barədə Fələstin Administrasiyası bəyan edib.

Məlumata görə, onlardan biri olan Seyf əl-Din Kamil Əbdülkərim Musalat Fələstin-ABŞ ikili vətəndaşlığı olub. Onun döyülərək öldürüldüyü bildirilir.

ABŞ Dövlət Departamenti artıq hadisə ilə bağlı xəbərdar olduqlarını açıqlayıb.

"Ailənin və yaxınlarının məxfiliyinə hörmət əlaməti olaraq məsələni əlavə şərh etməyəcəyik", - Dövlət Departamentinin sözçüsü bildirib.