BAKI, 4 iyul. TELEQRAF

Suriyanın yeni hökuməti ölkənin gerbini dəyişdirmək barədə qərar qəbul edib.

Teleqraf xəbər verir ki, yeni gerbdə qanadları açılmış və başının üzərində üç ulduz olan qartal təsvir olunub.

Yeni dövlət simvolu Dəməşqdə keçirilən təntənəli tədbirdə təqdim edilib.

Mərasimdə çıxış edən Suriya Prezidenti Əhməd əş-Şaraanın sözlərinə görə, dəyişiklik edilmiş qartal “Suriya xalqının tarixinin yeni mərhələsinə keçidini əks etdirir, həmçinin suriyalılara xas olan güc və qətiyyəti təcəssüm etdirir”.

Qeyd edək ki, əvvəlki Suriya gerbində sinəsində iki ulduz yerləşən qalxan tutmuş qartal əks olunmuşdu. Quş pəncələrində "Suriya Ərəb Respublikası" yazılmış lent tuturdu.