BAKI, 1 iyul. TELEQRAF
İranın Sistan və Bəlucistan ostanında MOSSAD-a çalışan şəxslərin saxlanılması üzrə əməliyyat keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının “Qüds” Bazasının bəyanatında deyilir.
Məlumata görə, əməliyyat zamanı MOSSAD-a işləyən iki nəfər öldürülüb, 50-dən çox şəxs saxlanılıb.